"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo qış fasiləsində komandanın güclənməsini istəyir. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis ixtiyarında görmək istədiyi oyunçuların siyahısını rəhbərliyə təqdim edib.

 

O, yanvarda 4 futbolçunun alınmasını istəyib. Bunlar "Fiorentina"nın müdafiəçisi Nikola Milinkoviç, "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç, "Ayntraxt"ın orta sahə oyunçusu Ante Rebiç və "İnter"in vingeri İvan Perişiçdi. Baş məşqçi adları sadalanan futbolçuların hamısının mütləq transferini tələb edib.

 

Qeyd edək ki, "Mançester Yunayted" uğursuz mövsüm keçirməsinə baxmayaraq, klub rəhbərliyi baş məşqçi dəyişikliyi edilməyəcəyini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest