AFFA Tovuzda futbol akademiyası yaratmağa hazırlaşır. Matc.az saytının məlumatına görə, bu barədə qurumun baş katibi Elxan Məmmədov açıqlama verib.

"CBC Sport" telekanalında "Təkbətək" verilişində qonaq olan Məmmədov artıq bununla bağlı əməli fəaliyyətə başladıqlarını da qeyd edib: "Tovuzda uşaq futbolunun inkişafı ilə bağlı əlverişli şərait var. Buna görə də seçimimizi etdik. Artıq akademiyanın inşası üçün müvafiq əraziyə də baxmışıq".

Qeyd edək ki, Tovuzun "Turan" klubu hazırda I divizionda mübarizə aparır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest