Qadınlardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komanda bu gündən Bakıda bir araya gəlib.

Martın 4-dək davam edəcək hazırlıq prosesində 21 futbolçu iştirak edəcək.

Yığmanın heyəti: Aytac Şərifova, Aysun Əliyeva, Nərgiz Hacıyeva, Cəmilə Jilyakova (hamısı "Uğur"), Nərmin Rəhmanova (8 â„–-li İOEUGİM), Arzu Əliyeva, Kamilla Məmmədova, Vüsalə Hacıyeva, Cəmilə Hüseynova (hamısı "Qubek"), Roza Quliyeva, Firəngiz Teymurova, Süsən Mənsimzadə (hamısı "Keşlə"), Güləmbər Qasımova  ("Qəbələ"), Kristina Bakarandze ("Hakkarigücü", Türkiyə), Diana Məmmədova ("Krasnodar", Rusiya), Sevinc Cəfərzadə, Mollayeva Manə (hər ikisi "Kubanoçka", Rusiya), Natalia Rodelqo ("Qranada", Madrid, İspaniya), Nabiulina Yuliya ("çariçina", Rusiya), Asiyat Əliyeva ("Alektan", Rusiya), Mislina Gözükara ("ALG Spor Klubu", Türkiyə).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest