Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun baş məşqçisi Slaven Biliç vəzifəsindən qovulub. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə bəyan edib.

ötən ilin sentyabrında komandaya gətirilən xorvatiyalı mütəxəssis cəmi 4 ay "Əl-İttihad"ın "sükanı arxası"nda qala bilib. Onun qovulmasına səbəb komandanın uğursuz çıxış etməsidi. Belə ki, "Əl-İttihad" 21 turdan sonra ölkə çempionatında 15 xalla son pillələrdə qərarlaşıb. Ərəblər baş məşqçi postuna dərhal çilili Xose Luis Syerranı gətirib.

Biliçin işsiz günləri uzun sürməyəcək. Türkiyə millisinə keçidi an məsələsi olan Şenol Günəşin yerinə "Beşiktaş"ı məhz onun çalışdırması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest