"Bavariya"nın ulduz futbolçuları Aryen Robben və Frank Riberi mövsümün sonunda başqa kluba keçəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərlik onlar üçün vida mərasimi təşkil edəcək.

Hətta Münhen təmsilçisi uzun müddət komandanın formasını geyinmiş veteranlar üçün vida matçı da planlaşdırır. Bunun mövsüm başa çatdıqdan sonra, yay fasiləsində reallaşması gözlənilir.

Qeyd edək ki, Frank Riberi 2007, Aryen Robben isə 2009-cu ildən "Bavariya"nın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest