PSJ-nin hücumçusu Neymar yayda "Real"a keçməyəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu Paris klubunun prezidenti Nasser əl-Xelaifi deyib.

O bildirib ki, Braziliya millisinin üzvünü heç bir məbləğə satmayacaqlar: "Nə "Real", nə də dünyanın başqa bir klubu Neymar, eləcə də digər futbolçularımız üçün bizə zəng vursun. "Real" rəhbərliyi çox gözəl bilir ki, Neymarı satmayacağıq. O, bu yay PSJ-dən ayrılmayacaq. Bizim Neymarla və atası ilə uzunmüddətli, möhtəşəm münasibətimiz var".

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə 222 milyon avro müqabilində "Barselona"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest