İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Fabian Delf karyerasını başa vurub. Matc.az xəbər verir ki, o, 32 yaşında futboldan getməyə qərar verib. Delf bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.
 
Son olaraq "Everton"da forma geyinmiş dayaq yarımmüdafiəçisi, bu yay sözügedən klubdan azad agent kimi ayrılmışdı. Delf peşəkar karyerasına yetirməsi olduğu "Lids"də başlayıb. O, 2009-cu ildə sözügedən klubdan ayrılaraq "Aston Villa"ya keçib. Yarımmüdafiəçi 2012-ci ildə icarə əsasında qısa müddətə yenidən "Lids"də forma geyinib. İngilis futbolçu 2015-ci ildə "Mançester Siti"yə üz tutub. Burada 4 il keçirən oyunçu 2019-cu ildən "Everton"da çıxış edirdi. O, İngiltərə yığmasında da 20 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest