Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloninin müqaviləsinin müddəti uzadılıb. Matc.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
44 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.
 
Xatırladaq ki, Lionel Skaloni 2018-ci ildən bu komandaya rəhbərlik edir. Argentina yığması 2021-ci ildə onun rəhbərliyi altında Amerika Kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest