"Bavariya"nın yarımmüdafiəçisi Kinqsli Komanın durumuna aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 22 yaşlı futbolçu bir müddət komandadan ayrı qalacaq.

Bundesliqa çərçivəsində dünən "Herta" ilə görüşdə cəmi 9 dəqiqə meydanda qalan Fransa millisinin üzvündə əzələ yırtılması aşkarlanıb. "Bild" nəşri Komanın təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağını vurğulayıb. Onun çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"la cavab qarşılaşmasında iştirakı sual altına düşüb.

Qeyd edək ki, "Bavariya" - "Liverpul" oyunu martın 13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest