"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi ilə baş məşqçisi Niko Kovaç arasında qalmaqal yaşanıb. Matc.az saytının xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransalı futbolçu Bundesliqanın XXIII turunun "Herta" ilə oyununda onu əvəzləyən xorvatiyalı mütəxəssisə qarşı hörmətsizlik edib. Kovaç 58-ci dəqiqədə meydanı tərk edən Riberiyə əlini uzatsa da, futbolçu buna əhəmiyyət verməyərək, ehtiyat oyunçular skamyasına doğru gedib.


Qeyd edək ki, bu, "Bavariya"da Kovaçla futbolçular arasında baş verən ilk qalmaqal deyil. Daha əvvəl Rafinya "Bild" nəşrinə müsahibəsində çalışdırıcıdan narazılığını dilə gətirmişdi.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest