İspaniya La Liqasında XXV turun daha 4 oyunu keçirilib. Matc.az saytının məlumatına görə, lider "Barselona" "Sevilya" ilə səfərdə üz-üzə gəlib.

Əndəlüs təmsilçisi iki dəfə önə keçsə də, meydanı "Barsa" qalib tərk edib. "Xetafe" və "Atletik"in 3 xal qazandığı turda "Alaves" öz meydanında büdrəyib.

 

İspaniya. La Liqa

XXV tur

"Xetafe" - "Rayo Valyekano" - 2:1

Mata, 28; Molina, 68 - de Tomas, 58

"Sevilya" - "Barselona" - 2:4

Navas, 22; Merkado, 42 - Messi, 26, 67, 85; Luis Suares, 90+3

"Alaves" - "Selta" - 0:0

"Atletik" - "Eybar" - 1:0

Raul Qarsiya, 1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest