Digər matçlarda "Alanyaspor" "Kasımpaşa"dan 3 xalı 3 cavabsız qolla alıbsa, "Antalyaspor" səfərdə "Sivasspor"dan üstün olub. Maraqlıdı ki, bu nəticələrdən sonra turnir cədvəlində "Alanyaspor" "Kasımpaşa"nı, "Antalyaspor" isə "Sivasspor"u geridə qoyub.

Türkiyə Superliqasında XXIII turun mübarizəsi davam edir. Matc.az saytının məlumatına görə, bu gün 3 qarşılaşma baş tutmalı idi.

Lakin Superliqanın lideri "Başakşəhər"in "Bursaspor"la ev oyunu cəmi 5 dəqiqə çəkib. Güclü qar yağması səbəbindən baş hakim Halis özkahya 5-ci dəqiqədə görüşü dayandırıb. Daha sonra oyunun başqa vaxt keçirilməsi qərara alınıb.

Digər matçlarda "Alanyaspor" "Kasımpaşa"dan 3 xalı 3 cavabsız qolla alıbsa, "Antalyaspor" səfərdə "Sivasspor"dan üstün olub. Maraqlıdı ki, bu nəticələrdən sonra turnir cədvəlində "Alanyaspor" "Kasımpaşa"nı, "Antalyaspor" isə "Sivasspor"u geridə qoyub.

 

Türkiyə Superliqası

XXIII tur

"Sivasspor" - "Antalyaspor" - 1:2

Kone, 65 - Sanqare, 36; Dukara, 45 (pen.)

"Alanyaspor" - "Kasımpaşa" - 3:0

Sisse, 7, 53; Sural, 89

"Başakşəhər" - "Bursaspor": oyun 5-ci dəqiqədə yarımçıq dayandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest