"Mançester Yunayted"in və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo milli komandaların ən yaxşı bombardiri mükafatına layiq görülüb. Matc.az xəbər verir ki, o, bu mükafatı almasına münasibət bildirib. 37 yaşlı futbolçu buna görə xoşbəxt olduğunu deyib:
 
"Milli komandaların ən yaxşı bombardiri mükafatını aldığıma görə xoşbəxtəm. Birlikdə oynadığım və oynamağa davam edəcəyim insanlarla fəxr edirəm".
 
Sentyabrın 24-də Portuqaliya millisi UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində çexiya ilə qarşılaşacaq.
 
Portuqaliyalı hücumçu millinin heyətində keçirdiyi 189 oyunda 117 qol vuraraq, 109 qola sahib iranlı sabiq hücumçu Əli Daeini qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest