Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Matç.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Samir Qurbanov zədəli olduğu üçün heyətdən çıxarılıb.

Kamran Quliyev və Murad Mahmudov isə klubunun rəsmi çempionat oyunu ilə əlaqədar icazə alaraq toplanışı erkən tərk ediblər.

Əvəzində Rüfət Abdullazadə hazırlıq prosesinə qoşulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest