Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli Azərbaycan millisinə çağırılıb. Matc.az saytı xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
 
Bildirilib ki, "Dinamo"nun çox sayda oyunçusu milli komandaların qarşıdakı oyunları üçün dəvət alıb ki, onlar arasında Emreli də var. 25 yaşlı forvard Slovakiya və Qazaxıstan yığmalarına qarşı UEFA Millətlər Liqasının oyunları üçün heyətə cəlb olunub.
 
Sentyabrın 22-də Slovakiyanın qonağı olacaq Canni de Byazinin komandası üç gün sonra Qazaxıstanı qəbul edəcək.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Niderland mətbuatı "Eyndhoven"də çıxış edən yarımmüdafiəçi Ozan Can Kökçünün Azərbaycan yığmasına dəvət aldığı barədə məlumat yayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest