FİFA "Çelsi" klubuna transfer qadağası qoyub. Bu barədə ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilir ki, London təmsilçisi qarşıdakı iki "transfer pəncərəsi" dönəmində oyunçu ala bilməyəcək.

FİFA "çelsi" klubuna transfer qadağası qoyub. Matc.az xəbər verir ki, bu barədə ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, London təmsilçisi qarşıdakı iki "transfer pəncərəsi" dönəmində oyunçu ala bilməyəcək. Buna səbəb "zadəganlar"ın azyaşlı oyunçuların transferi və qeydiyyatı zamanı 29 qayda pozuntusuna yol verməsidi. Bu isə o deməkdi ki, "çelsi" bu ilin yayında və 2020-ci ilin qış fasiləsində heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

Premyer Liqa təmsilçisi həmçinin 600 min İsveçrə frankı məbləğində cərimələnib. Paytaxt klubu apellyasiya şikayəti verə və ardından İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest