"Tribunadan bizim indiki 5 rubl çəkisində olan 5 qəpiklik dəmir pulları meydana atırdılar. Bunları görmək ağır idi. Hərdən başdan qan açılanadək atırdılar"

"Məni "Neftçi"yə uzun müddət buraxmırdılar. Məsələ Moskva Avtomobil Zavodunun direktoru Pavel Borodin və Azərbaycan rəhbərliyi transfer məbləğimdə razılığa gəldikdən sonra həllini tapdı. çempionatın başlanmasına bir gün qalmış Bakıya gəldim". Matc.az-ın məlumatına görə, bunu keçmiş SSRİ-nin tanınmış qapıçısı Vyaçeslav çanov "championat.com"a müsahibəsində deyib.

68 yaşlı mütəxəssis Azərbaycanda üzləşdiyi iki hadisədən də danışıb. O, azarkeşlərin tribunalardan meydana dəmir pullar ataraq futbolçuları yaraladıqlarını söyləyib: "Bakıda metro açıldıqdan sonra dəb yaranmışdı: Tribunadan bizim indiki 5 rubl çəkisində olan 5 qəpiklik dəmir pulları meydana atırdılar. Bunları görmək ağır idi. Hərdən başdan qan açılanadək atırdılar. Qonaq komandanın avtobusunun şüşəsini də qıra bilərdilər".

çanov ən ciddi zədələrindən birini "Neftçi"də ikən aldığını da dilə gətirib: "6 qabırğamı sındırmışdılar. Düzdür, həkimlər bunun qabırğalararası nevralgiya olduğunu dedilər. Hələ üstəlik, temperaturum birdən qalxanadək ağrılarla oynadım. Arıq olduğum halda çəkim artdı. Təkrar müayinə məndə zədəsonrası plevrit aşkarladı. Donetskə yollandım. Yerli həkimlərə silikoz və ciyərlərdəki digər xəstəliklər yaxşı tanışdır. Orada ciyərlərimdən 3 litrədək maye çıxardılar. Həkim gözlərinə inanmırdı: "3 litrlik banka. Yaxşı ki, çürümə verməyib". Mən isə "Onu daim çalxalayırdım" deyə zarafat etdim.

Qeyd edək ki, Vyaçeslav çanov "Neftçi"də 1985-1986-cı illərdə çıxış edib ("Report"). 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest