"Bu təcrübə təkcə verilmir, insanı təhlil aparmağa vadar edir, böyüdür. Oyunlara hazırlıq prosesi, həmçinin matçlar əlavə təcrübə qazandırır. Ümid edəm ki, bu təcrübə köməyimə çatacaq".

"Gələcəkdə "Zenit"ə qayıdacağıma ümid edirəm və bunu istəyirəm. çünki ora mənim doğma, sevimli şəhərim, həmçinin uşaqlıqdan azarkeşlik etdiyim komandadı". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev deyib.

Rusiyada sportsdaily.ru saytına müsahibə verən "Krılya Sovetov"un forvardı ötən mövsüm "Qarabağ"ın heyətində çempionlar Liqasının qrup mərhələsində iştirak etməklə böyük təcrübə topladığını söyləyib: "Bu təcrübə təkcə verilmir, insanı təhlil aparmağa vadar edir, böyüdür. Oyunlara hazırlıq prosesi, həmçinin matçlar əlavə təcrübə qazandırır. ümid edəm ki, bu təcrübə köməyimə çatacaq. çempionlar Liqasında elə atmosfer olur ki, bir daha orda iştirak etmək istəyirsən. Həm də başa düşürsən ki, bunun üçün çox çalışmalısan".

Şeydayev "Krılya Sovetov"da hər şeydən məmnun qaldığını sözlərinə əlavə edib: "Burda həm komanda, həm də şərait ürəyimcədi. Samara şəhərini çox bəyənirəm. Xüsusən də, "Krılya Sovetov"da böyümək, inkişaf etmək üçün hər cür şərait var. Daim oynamağa hazıram".

Gənc forvard baş məşqçi Miodraq Bojoviçdən də razılıq bildirib: "Onun rəhbərliyi altında müsbət ab-havada çalışmalarımızı davam etdiririk. Ciddi rəqabət var. Komanda mövsümü daha yuxarı pillələrdə bitirmək istəyir. Bojoviçin məşqləri maraqlı keçir və burda çalışmaqdan çox məmnunam. Baş məşqçi nə mənə, nə də başqa bir oyunçuya söz verib. özümüzü ona göstərməliyik. ümid edirəm ki, bu, məndə alınacaq".

Qeyd edək ki, "Zenit"in yetirməsi olan Ramil Şeydayev cari mövsümün əvvəlində "Krılya Sovetov"a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest