Millətlər Liqasının oyunları ilə paralel yığmaların yoldaşlıq matçları da keçirilir. Matç.az saytı xəbər verir ki, dünən iki qarşılaşma baş tutub.

Son Avropa çempionu Portuqaliya səfərdə Şotlandiya ilə görüşüb. Əsas heyətin bəzi üzvləri oynamasa da pireneylilər üstün futbol göstərib. Meydan sahibləri darmadağından yalnız matçın sonlarında qaçıb. Avropa çempionu bu görüşdə 3:1 hesablı qələbə qazanıb.

Günün digər matçında Tailandla Trinidad və Tobaqo üz-üzə gəlib. Matçın taleyini 1 qol həll edib. Asiyalılar bu oyundan qalib ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest