I Divizionda XVI tura start verilib. Matc.az saytının məlumatına görə, ilk gündə 3 görüş baş tutub.
Keçirilən oyunlar məhsuldarlığı ilə yadda qalıb. "Sumqayıt-2" və MOİK-in qələbəsində Məhəmməd Alıyevlə Raul Yaqubzadənin het-trikinin böyük töhfəsi olub.
I Divizion
XVI tur
"Sumqayıt-2" - "Ağsu" - 5:0
Qollar: Məhəmməd Alıyev, 5, 17, 34; İbrahim Əliyev, 67; Qara Qarayev, 83
"Zirə-2" - MOİK - 2:4
Qollar: Müşfiq İlyasov, 47; Qara Mehrəlizadə, 65 - Raul Yaqubzadə, 50, 51, 63 (pen.); Orxan Həsənov, 89
"Sabah-2" - "Qaradağ Lökbatan" - 1:0
Qol: Kənan Həsənov, 43