Azərbaycanlı futbolçu Arzuman Rizvanov çexiyada klubunu dəyişib.Matc.az saytı xəbər verir ki, bu barədə futbolçunun meneceri Erkin İbrahimov məlumat verib.

Onun sözlərinə görə, son 1,5 ili çexiyanın "Banik" klubunda keçirən 20 yaşlı mərkəz yarımmüdafiəçisi "Bohemians-1905"lə cari bu ilin sonuna qədər müqavilə bağlayıb. çexiyanın yüksək dəstəsində çıxış edən Praqa təmsilçisi 21 turdan sonra 19 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Arzuman Rizvanov "Neftçi"nin yetirməsidi. O, sonuncu dəfə ötən ilin mayında Azərbaycanın U-20 yığmasına dəvət alıb. sportnet.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest