PSJ-nin müdafiəçisi Tiaqo Silva komandasındakı durumundan məmnundu. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Milan"ın maraq dairəsində olan 34 yaşlı futbolçu Paris klubunda qalmaq niyyətindədi.

Silva bununla bağlı rəhbərliyə müraciət də edib. Belə ki, o, indiki şərtlərlə yeni 2 illik müqavilə imzalamaq istəyini çatdırıb. Braziliya millisinin üzvünün aylıq məvacibi 1 milyon 160 min avrodu. Rəhbərlik buna müsbət yanaşsa, Silvanın müqavilə müddəti 2022-ci ilə qədər uzadılacaq.

Qeyd edək ki, Tiaqo Silva 2012-ci ildən PSJ-nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest