"çelsi"nin baş məşqçisi Mauritsio Sarri yenidən İtaliyaya dönə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı mütəxəssis "Roma"dan təklif alıb.

Hazırda "zadəganlar"ın "sükanı arxası"nda olan 60 yaşlı mütəxəssisin tezliklə qovulması gözlənilir. "Roma"nın prezidenti Ceyms Pallotta artıq iki dəfə Sarri ilə əlaqə saxlayıb. Dünən isə tərəflər Londonda bir araya gəlib. Prezident Sarriyə mövsümün sonunda "Roma"ya keçməyi təklif edib. Paytaxt klubunu yayda hazırkı çalışdırıcı Eusebio Di Françesko ilə yanaşı, idman direktoru Monçinin də tərk etməsi gözlənilir.

Qeyd edək ki, Mauritsio Sarri "çelsi"dən əvvəl "Napoli"ni çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest