Azərbaycanın FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb. Matc.az xəbər verir ki, Məsiyev UEFA Gənclər Liqasında "Benfika" (Portuqaliya) – "Makkabi" (Hayfa, İsrail) oyununun baş hakimi olacaq.
 
Sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində keçiriləcək H qrupunun görüşündə ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasının Ricardo Jorge Antunes Baixinho (Portuqalita) yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest