"Yuventus" çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə oyunöncəsi itki ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Sami Xedira heyətdən çıxarılıb.

Buna səbəb Almaniya millisinin üzvünün ürəyində problem aşkarlanmasıdı. 31 yaşlı orta sahə oyunçusunun ürəyində ritm pozğunluğu olduğu müəyyənləşib. Həkimlər ürəyindən əməliyyat olunan futbolçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Qeyd edək ki, Sami Xedira bu mövsüm 15 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest