Prezident İlham Əliyev 2022-ci ildə Qətərdə təşkil ediləcək futbol üzrə dünya çempionatının keçirildiyi tarixlərdə çempionatla bağlı Qətərə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev 2022-ci ildə Qətərdə təşkil ediləcək futbol üzrə dünya çempionatının keçirildiyi tarixlərdə çempionatla bağlı Qətərə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb. Matc.az saytının məlumatına görə, sərəncamla müəyyən edilib ki, Dç-2022-nin keçirildiyi tarixlərdə çempionatla bağlı Qətərə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2022-ci il noyabrın 20-dən dekabrın 20-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
 
Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab ediləcək:
 
Dç-2022-nin beynəlxalq təşkilatçıları olan "Q22" şirkətinin və FİFA-nın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
 
Komandaları Dç-2022-də iştirak edən ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
 
Sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Dç-2022-nin təşkili və keçirilməsi ilə bağlı Qətərə səfər edəcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına qısamüddətli turizm səfərlərinin təşviq edilməsi ilə əlaqədar ölkə xaricində marketinq kampaniyalarının təşkilini, aidiyyəti strukturlarla əlaqələrin qurulmasını və müvafiq tədbirlərin keçirilməsini təmin etməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest