Macarıstanın Budapeşt şəhərində UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə "Fair Play" mövzusuna həsr olunmuş regional seminarına bu gün start veriləcək. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatın görə, tədbirə sabah yekun vurulacaq.

Seminarda Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev, eləcə də Lisenziyalaşdırma qrupunun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov iştirak edəcəklər. Seminarın əsas mövzusu UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə "Fair Play" qaydalarının (buraxılış 2018) tətbiqi və Maliyyə "Fair Play" qaydaları üzrə İT Solutions proqramı üzrə treninqlərin keçirilməsindən ibarət olacaq.

Həmçinin klubların lisenziyalaşdırılması və maliyyə məsələləri üzrə digər məsələlər barədə müzakirələr aparılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest