"Qarabağ"ın sabiq futbolçusu çumbinyo klubunu dəyişib. Matc.az saytının Braziya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Paulista Seria A2-də çıxış edən "İnter de Limeyra"da çox qalmayıb.

Qış fasiləsində "Səbail"in maraq dairəsində olan, lakin yanvarın 28-də ölkəsinə dönməyi üstün tutan 32 yaşlı oyunçu bu komandada heç bir ay qalmayıb. Bu müddətdə "İnter de Limeyra"nın heyətində 3 oyun keçirən və 1 qola imza atan çumbinyonun yeni klubunun adı da bəllidi. O, C seriyasının Qauço liqasında mübarizə aparan "Yuventude" ilə anlaşıb. "İnter de Limeyra"dakı komanda yoldaşları ilə vidalaşan yarımmüdafiəçi sənədlərini aldıqdan sonra "Yuventude" ilə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, çumbinyo "İnter de Limeyra"ya ötən ay Yunanıstan klubu "Levadiakos"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest