İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Udineze” klubundan Destini Udocini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Amma italiyalı sol cinah müdafiəçisinin 2022/23 mövsümünün sonunadək “Unideze”də icarə əsasında oynamağa davam edəcəyi bildirilib.
 
“Tottenhem” bu transfer üçün A Seriyası təmsilçisinə 18 milyon avro ödəyib. Həmçinin əlavə bonuslar da nəzərdə tutulub.
 
Destini Udoci “Verona”nın yetirməsidir. O, 2021-ci ildən “Udineze”də çıxış edirdi. Müdafiəçi ötən mövsüm bu klubun əsas komandasında A Seriyasında 37 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Udoci İtaliyanın U-21 yığmasında da forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest