Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində ilk oyun keçirilib. Matc.az saytının məlumatına görə, günün yeganə görüşündə "Sevilya" ilə "Latsio" üz-üzə gəlib.
İlk matçda səfərdə 1:0 hesablı qələbə qazanan ispanlar dogma azarkeşləri önündə də 2 cavabsız qola seviniblər.
Meydan sahiblərinin heyətində Ben Yedder və Sarabiya fərqləniblər.
Beləliklə, iki oyunun nəticəsinə görə, 3:0 hesablı qələbə qazanan "Sevilya" 1/8 finala yüksələn ilk komanda olub.
Avropa Liqası
1/16 final (cavab qarşılaşması)
"Sevilya" – "Latsio" - 2:0
Ben Yedder, 20, Sarabia, 79
İlk oyun – 1:0