"Qarabağ"ın UEFA çempionlar Liqasının pley-off mərhələsində çexiyanın "Viktoriya" (Plzen) komandası ilə Bakıdakı ilk oyununu Sloveniyadan olan FİFA referisi Slavko Vinçiç idarə edəcək. Matc.az xəbər verir ki, 42 yaşlı hakimin imici heç də təmiz deyil.
 
Belə ki, Maribordan olan FIFA referisi iki il əvvəl Bosniya və Herseqovinada narkotik və fahişəlik şəbəkəsinə qarşı polis əməliyyatı zamanı həbs edilib. Vinçiç Bijeljina şəhərində qeyri-qanuni seks partisi zamanı ələ keçib. Polisin keçirdiyi əməliyyat zamanı 30-dan çox adam həbs edilib ki, təcrübəli referi də onların arasında olub. Qeyri-qanuni gecəni "Instagram" fenomeni, model Tiyana Maksimoviç təşkil edib. Axtarış zamanı külli miqdarda narkotik vasitə və on tapança müsadirə edilib. 
 
Hadisədən sonra Sloveniya mətbuatına danışan hakim özünü günahkar bilməyib və fahişə şəbəkəsinin üzvü olmadığı deyib: "Biznes tərəfdaşları ilə görüşdən sonra məni ora qonaqlığa dəvət etdilər. Mənim onlarla heç bir əlaqəm yoxdur".
 
Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" – "Viktoriya" görüşü saat 20:45-də başlayacaq. fanat.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest