İspaniya La Liqasının XXIV turunda "Espanyol"la "Valensiya" arasında qolsuz bərabərlik qeydə alınıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bununla "Espanyol" yeni rekord müəyyənləşdirib.

La Liqada 200-cü qolsuz bərabərliyinə imza atan Barselona təmsilçisi ölkə çempionatında bunu edən ilk klub kimi tarixə düşüb. Ona ən yaxın komanda olan "Atletik"in aktivində 199 qolsuz heç-heçə var. Onları isə "Sevilya" (187) və "Real Sosyedad" (186) izləyir.

Qeyd edək ki, 24 turdan sonra "Espanyol" 29 xalla 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest