Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda Azərbaycanın yeganə təmsilçisi Qurban Qurbanov qəraraşıb.

"Qarabağ"ın baş məşqçisinin ötən həftə olduğu kimi, hesabında 1073 xal var. Qurbanov bununla 502-ci pillədəki mövqeyini qoruyub. O, Kike Sançes Flores, Xoakin Kaparros, Filippo İnzagi və Roberto Donadoni kimi tanınmış simaları qabaqlayır.

Azərbaycan yığmasının yeni baş məşqçisi Nikola Yurçeviç 1000 nəfərlik siyahıya düşə bilməyib.

ötən həftənin lideri "Barselona"nın baş məşqçisi Ernesto Valverde taxtından düşüb. Hazırda dünyanın ən yüksək reytinqli çalışdırıcısı "River Pleyt"li Marselo Qalyardodu. Onun aktivində 14185 xal varsa, Valverde 13987 xala malikdi. İlk "üçlük"də isə "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone (12441) qərar tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest