Futbol üzrə Niderland birinci divizionunda 2-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün yenicə müqavilə bağladığı "Eyndhoven" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Villem II" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Ozan da bu gün görüşün iştirakçısı olub. O, bu görüşə start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib.
 
"Eyndhoven" 2 oyuna topladığı 6 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest