19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib. Matc.az saytının məlumatına görə, komandamız Türkiyədən olan həmyaşıdları ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçiriləcək oyun qonaqların qələbəsi ilə yekunlaşıb. Ağatahir Əzimovun komandası qarşılaşma ərzində hesabda irəli keçsə də, üstünlüyünü qoruya bilməyib və yekunda 3:5 hesabı ilə məğlub olub.

 

Yoldaşlıq görüşü

19 fevral

Azərbaycan (U-19) - Türkiyə (U-19) - 3:5

Bakı İdman Sarayı

Azərbaycan: 1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 4. Turan Əhmədov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 7. Nurlan Mehdizadə, 8. Huseyn Qarayev, 9. Rafael Mütəllimov, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 13. Fuad Məmmədzadə, 17. Nicat Quluzadə, 19. Hüseyn Abutalıbov

Baş məşqçi: Ağatahir Əzimov

Türkiyə: Ərtuğrul Yıldız, Rəcəp Taş, Ərkan çinar, Mustafa Acar, Muhammed Yusuf Aygün, Mustafa Yorulmaz, Doğu Dəmirkol, Batuhan Dırağa, Səfa çollak, Arda Köksal, Emir Şenocak, Bünyamin Balcı, Muhammed Furkan özhan, Berat Altındiş

Baş məşqçi: Murat Kaya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest