Macarıstanın "Ferentsvaroş" klubunun prezidenti Qabor Kubatov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində evdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları cavab oyunu ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, “Facebook” səhifəsindəki paylaşımında Azərbaycan klubunun Budapeşt təmsilçisindən güclü olduğunu etiraf edib:
 
“Bu gün bizdən daha yaxşı komandaya uduzduq. Gələn həftə inkişaf etməyə çalışacağıq. Həmişə mübarizə apar, heç vaxt təslim olma!”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest