çexiya gənclər liqasında XVIII tura yekun vurulub. Matc.az saytının məlumatına görə, son gündə "Slaviya" meydana çıxıb.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının futbolçusu Fərid Nəbiyevin şərəfini qoruduğu komanda səfərdə sonuncu pillədə qərarlaşan "çeske" ilə qarşılaşıb. Oyun ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. "çeske"nin 11-ci dəqiqədə vurduğu erkən qolla qalib gəldiyi görüşdə Nəbiyev start heyətində meydana daxil olub və 54-cü dəqiqədə əvəzlənib.

Bu məğlubiyyətdən sonra "Slaviya" 12 komanda arasında 10-cu sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest