Futzal üzrə Yüksək Liqada iştirak edəcək komandaların adları müəyyənləşib. Matc.az xəbər verir ki, 2022/23 mövsümündə 6 komanda – "Araz-Naxçıvan", "Neftçi" İK, "Baku Fire", "Record", "Alyans" (Lənkəran) və U-19 komandaları iştirak edəcək.
 
Yarışa sentyabrın 26-da start veriləcək. çempionat 4 dövrədən ibarət olacaq və yekunda pley-off mərhələsi keçiriləcək.
 
Yeri gəlmişkən, sabah - avqustun 10-da "Yay transfer pəncərəsi" açılacaq. Yüksək, Birinci və İkinci liqalarda iştirak edən komandalar oktyabrın 1-i, saat 18:00-dək transfer çalışmalarını davam etdirə və yeni oyunçuları qeydiyyatdan keçirə bilərlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest