Azərbaycan millisi yoxlama görüşündə qüvvəsini sınayacaq. Matc.az xəbər verir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.

Komandamız martın 25-də yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Rəqib isə Litva yığması olacaq. "Bakcell Arena"da keçiriləcək oyun 18:00-da start götürəcək. Bu, millimizin yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk yoxlama matçı olacaq.

Qeyd edək ki, yığmamız bundan 4 gün əvvəl - martın 21-də Aç-2020-nin seçmə qrup mərhələsi çərçivəsində Xorvatiya ilə səfərdə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest