Fransa Liqa1-nin XXV turunda "Sent-Etyenn"in qonağı olan PSJ növbəti qələbəsini qazanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris klubuna 3 xalı qazandıran Kilian Mbappe tarixə düşüb.
Belə ki, Mbappe 45 il ərzində Liqa1-in ilk 18 oyununda 19 qola imza atan ilk fransalı olub. 20 yaşlı forvard hazırda çempionatda bombardirlər yarışına başçılıq edir.
Mbappeni 17 qolun müəllifi olan komanda yoldaşı Edinson Kavani izləyir.