"Real"ın sabiq çalışdırıcısı Zinəddin Zidan "çelsi"nin "sükanı arxası"na keçməyə razılıq verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis bunun üçün bəzi şərtlər qoyub.

Belə ki, Zizu 3 şərtinə əməl ediləcəyi təqdirdə Mauritsio Sarrini əvəz etməyə hazırdı. Onun ilk tələbi "Real"ın maraq dairəsində olan Eden Azarın saxlanılmasıdı. 46 yaşlı mütəxəssis komandasını məhz belçikalıya uyğun qurmağı planlaşdırır. Həmçinin yay transferləri üçün rəhbərlikdən 200 milyon funt-sterlinq tələb edib.

Zidanın üçüncü tələbi isə klubda ən azı direktor Marin Qranovski qədər söz sahibi olmasıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest