Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü raundunda Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Futbol üzrə UEFA çempionlar Liqasının 3-cü raundunda Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub. Matc.az xəbər verir ki, Ağdam klubu bu rəqibi üzərində də qələbə qazanarsa, pley-offda aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:
 
Ludoqorets (Bolqarıstan) - Dinamo (Zaqreb, Xorvatiya) cütünün qalibi,
 
Kopenhagen (Danimarka),
 
Şerif (Moldova) - Viktoriya (Plzen, çexiya) cütünün qalibi.
 
Qeyd edək ki, 3-cü mərhələdə "Ludoqorets"lə oynayacaq Zaqreb "Dinamo"sunun heyətində "Qarabağ"ın sabiq futbolçusu Mahir Emreli çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest