İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamızın rəqibi Şotlandiya millisi olub. Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-19 millimiz İspaniyadakı ilk yoxlama görüşündə yerli həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olmuş, ikinci oyununda isə İspaniyanın "Ranero" klubunun müvafiq yaş qrupundan ibarət komandasını darmadağın etmişdi – 6:1.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest