"Bu mövsüm "Neftçi" çox yaxşı komandaya malikdir. Həqiqətən də xeyli baxımlı oyun nümayiş etdirirlər. Ona görə də biz bu rəqibə hörmətlə yanaşırıq. Üstəlik, "ağ-qaralar" turnir cədvəlində liderliklərini davam etdirirlər. Futbol belədir: Hər zaman qələbə qazanmaq olmur".

"çiynimdə ağrı var. Ona görə bura gələndə ah çəkdim. Amma vacib oyunda qələbə istənilən halda şirindi". Matc.az -ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda evdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, ilk yarıda komandası rəqibdən daha yaxşı çıxış edib: "Qəbul etməliyik ki, ikinci hissədə "Qəbələ" bizdən daha üstün oynadı. Amma bu, futboldu. Əsas odu ki, 3 xalı biz qazandıq".

Azərbaycan millisinin əslən braziliyalı oyunçusu qulağındakı sırğanın ona hədiyyə olduğunu diqqətə çatdırıb. O, oyun vaxtı sırğanı çıxardığını əlavə edib. Bu qələbə sayəsində "Qarabağ" lider "Neftçi" ilə xal fərqini minimuma endirib. Almeyda tezliklə flaqmanı liderlikdən siləcəkləri fikri ilə razılaşmadığını açıqlayıb: "Bu mövsüm "Neftçi" çox yaxşı komandaya malikdi. Həqiqətən də xeyli baxımlı oyun nümayiş etdirirlər. Ona görə də biz bu rəqibə hörmətlə yanaşırıq. üstəlik, "ağ-qaralar" turnir cədvəlində liderliklərini davam etdirirlər. Futbol belədi: Hər zaman qələbə qazanmaq olmur. "Neftçi" ötən gün "Zirə"yə qarşı çox yaxşı oyun sərgilədi. Baş məşqçimiz Qurban Qurbanov ötən gün bizə "Qəbələ"nin uzun müddətdi uduzmadığına dair statistika göstərdi. Bunu da nəzərə almaq lazımdı. Siz də rəqibə qarşı oyunda necə çətinlik çəkdiyimizi gördünüz".

Təcrübəli futbolçunun fikrincə, qələbəni sırf bəxt amili ilə əlaqələndirmək düzgün olmazdı: "Düzdü, futbolda bəzən bəxt amili də rol oynayır. Amma hər şeyi sırf bəxtə də bağlamazdım. Xüsusən,  ilk yarıda epizodlarımız oldu. İkinci hissədə bir qədər səbirsiz çıxış etdik. Bu gün özümüz də çalışdıq".

"Sambaçı" sonda "Qəbələ"nin heyətində Cavid Hüseynov, Stiven Jozef-Monroz, Ceyms Adeniyi və Elvin Camalov kimi futbolçuların oyununu vurğulayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest