Topaz Premyer Liqasının XVII turunda "Qəbələ"ni qəbul edən Ağdam klubu 2:1 hesablı qələbə qazanıb.

"Futbolçularımı təbrik edirəm. Vacib qələb oldu. "Qəbələ"ni də layiqli mübarizə üçün təbrik edirəm. Qış fasiləsindən sonra daha yaxşı təsir bağışlayırlar". Matc.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasının XVII turunda "Qəbələ"ni qəbul edən Ağdam klubu 2:1 hesablı qələbə qazanıb.

Oyundan sonra mətbuat konfransı keçirən çalışdırıcı fikrini qısa şəkildə ifadə edib: "Neftçi"nin dünən xal itirməsi fonunda ola bilsin ki, üzərimizdə bir az təzyiq hiss olunurdu. Ancaq qarşımıza məqsəd qoymuşuq ki, hər matçda oyunumuzu yaxşılaşdıraq. Məncə, xal itkiləri hələ çox olacaq. Gördüyünüz kimi, çempionatımız gərgin keçir. Biz sadəcə öz oyunumuz barədə düşünürdük".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest