"Təmkin "Zirə" ilə matçda daha yaxşı oynamışdı. Çoşqun isə çalışır, amma hələ ki, həmin Coşqun deyil. Cavidi bu gün öz mövqeyində oynatmırdıq. Deviçin yoxluğu hiss olundu".

"Birinci hissədə yaxşı imkanlar əldə etdik, amma epizodlardan istifadə edə bilmədik". Matc.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov deyib.

Topaz Premyer Liqasının XVII turunda səfərdə "Səbail"lə qarşılaşan komanda 0:1 hesabı ilə uduzub.

Oyundan sonra keçirilən mətbuat konfransında danışan Əhmədov fikirlərini bölüşüb: "İkinci yarıda isə rəqib boşluq tapdı və bundan yararlandı. Onlar ikinci hissədə bizdən yaxşı oynadılar. Biz qol vəziyyəti yarada bilmədik. Heyətlə bağlı, konkret hücumçu problemimiz var. O bölgədə Cavidi oynadırdıq, amma ona top çatmırdı".

Elşad Əhmədov bəzi futbolçuların çıxışından razı qalmadığını da vurğulayıb: "Təmkin "Zirə" ilə matçda daha yaxşı oynamışdı. çoşqun isə çalışır, amma hələ ki, həmin Coşqun deyil. Cavidi bu gün öz mövqeyində oynatmırdıq. Deviçin yoxluğu hiss olundu. Hazırda bir-iki hücumçu ilə danışıq gedir. Azad agent statusunda olan futbolçulardı, alınsa, transfer edəcəyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest