"Məlum məsələdi, komanda qələbə qazana bilməyəndə, heç kimin kefi açılmır. Mübarizə qabaqdadı. Komandamızın məqsədi tək Premyer Liqada qalmaq deyil. Çalışıb daha yüksək yerlər uğrunda mübarizə aparacağıq. Bizdən öndəki klublarla xal fərqi çox deyil"

"Oyundan öncə üzərimizdə təzyiq çox idi. Bu səbəbdən qələbə qazanmalı idik". Matc.az xəbər verir ki, bu sözlər "Keşlə"nin hücumçusu Amil Yunanova məxsusdu.

Topaz Premyer Liqasının VIII turunda "Sumqayıt" üzərində 2:1 hesablı qələbə qazandıqları oyunda ilk qolun müəllifi olan Yunanovun fikrincə, turnir cədvəlində sonuncu yerdə olan komandasına 3 xal çox lazım idi: "Şükürlər olsun ki, qələbəni reallaşdıra bildik. Son dəqiqələrdə qələbə topunu vurmağımız sevindirici haldı".

26 yaşlı futbolçu vurğulayıb ki, bu qələbə ilə arxayınlaşmaq fikrində deyillər: "Məlum məsələdi, komanda qələbə qazana bilməyəndə, heç kimin kefi açılmır. Mübarizə qabaqdadı. Komandamızın məqsədi tək Premyer Liqada qalmaq deyil. çalışıb daha yüksək yerlər uğrunda mübarizə aparacağıq. Bizdən öndəki klublarla xal fərqi çox deyil".

"Keşlə" son dəqiqələrdə penalti vurmaq şansı qazandı ki, həmin epizoda "Sumqayıt" narazılıq edirdi. Amma futbolçunun fikrincə, hakim düzgün qərar vermişdi: "Qayda pozuntusu 100 faiz var idi. çünki artıq topa sahib çıxmışdım və məni arxadan itələmişdilər".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest