Fransa milli komandasının qapıçısı Stiv Mandanda Marsel “Olimpik”indən ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Mandanda 2007-ci ilin yayından “Olimpik”də çıxış edirdi. O, 2016/17 mövsümünü İngiltərənin “Kristal Pelas” klubunda keçirsə də, cəmi bir il sonra yenidən Marsel klubuna qayıdıb. Mandanda Fransa klubunun heyətində keçirdiyi 14 mövsümdə ərzində 613 matça çıxıb.
 
Mandandanın yeni iş yeri də müəyyənləşib. 37 yaşlı qolkiper bundan sonra “Renn”in uğurları üçün çalışacaq. O, yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
 
Yeri gəlmişkən, “Renn” baş məşqçisi Bruno Genesio ilə də yeni müqavilə bağlandığını açıqlayıb. Geridə qalan mövsümdə Liqa 1-in ən yaxşı məşqçisi seçilən fransalı mütəxəssislə 3 illik yeni sözləşmə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest