"Neftçi" yeni transferi Petru Rakunun keçidini rəsmiləşdirib. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, Moldova millisinin üzvü ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 32 yaşlı müdafiəçi yeni komandasında 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu "Şerif" (2017-2018) olan Raku Moldovanın "Zimbru" (2005-2007), "Veris" (2013-2014), "Milsami" (2015-2017), İsveçin "Norrçöpinq" (2007-2011), Finlandiyanın "MüPa-47" (2008) və Danimarkanın "Hyörrinq" (2012) klublarında da çıxış edib. O, Moldova milli komandasının heyətində 48 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest