Bu gün Millətlər Liqasında IV tura start veriləcək. Matç.az saytı xəbər verir ki, D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi turnirdə 2-ci ev matçına çıxacaq.

3 oyundan sonra hesabında 5 xal olan Qurban Qurbanovun yetirmələri Maltanı sınağa çəkəcək. Bu görüş millimizin ada təmsilçisi ilə 8-ci dueli olacaq. Komandalar indiyədək 7 dəfə qarşılaşıb.

İlk duel 24 il öncəyə təsadüf edib. Avro-1996-nın seçmə oyunlarına hazırlaşan yığmamız Maltada 5 cavabsız qolla meydanı başıaşağı tərk edib. 6 il sonra yığmamız yenidən eyni şəhərdə Ta-Qalidə qonaq olub. Meydan sahibləri bu dəfə də amansızlıq nümayiş etdirib – 3:0. 2002-ci ildə millimizin 3-cü səfərində də meydan sahibləri qalib gəlib. Əvvəl 5, sonra 3 top buraxan komandamız bu dəfə yalnız 1 qolla uduzub.

Maraqlıdır ki, yığmanın indiki baş məşqçisi Qurban Qurbanov uzun illər millinin formasını geyinsə də bu üç qarşılaşmanın heç birində iştirak etməyib.

Millimizin "futbol cırtdanları" arasından qurtulmasından sonra qüvvələr nisbəti dəyişib. İlk üç oyunda qol vurmadan uduzan komandamız sonrakı 4 görüşdə üstünlük qazanıb. 2013-cü ildəki yoxlama oyununda ilk dəfə qol vuran yığmamız böyükhesablı qələbə də qazanıb. Rüfət Dadaşovun dubl etdiyi görüşdə Rauf Əliyev də fərqlənib.

AVRO-2016-da yolları kəsişən komandalar daha iki dəfə görüşüb. Yığmamız hər iki görüşdə 2 qol sevinci yaşayıb. Bakıda Cavid Hüseynovla Dmitri Nazarovun qolları qələbə üçün yetərli olubsa, səfərdə Rahid Əmirquliyevin dublu sonda bərabərliklə nəticələnib.

Rəqiblərin son matçı ötən ay keçirilib. Ta-Qalidə Millətlər Liqasının oyununda qalib müəyyənləşməyib. Meydan sahibləri erkən qol vursa da, Təmkin Xəlilzadə yığmamıza 1 xal gətirən qola imza atıb.

ümumilikdə 7 oyunda 2 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan yığmamız 8 qol vurub və 12-ni buraxıb. Bakıdakı görüşlərdə qələbələri sıralayan millimiz 2 oyunda 5 cavabsız qol vurub.

Azərbaycan – Malta: Bütün oyunlar

19.04.1994. Yoxlama oyunu. Ta-Qali. Malta – Azərbaycan - 5:0

Niki Saliba, 2, Kris Laferla,17, Karmel Buzutti, 60, Co Kamilleri, 78, çarlz Sçerri, 89

06.02.2000. Mini turnir. Ta-Qali. Malta – Azərbaycan - 3:0

Con Butieqe, 31, Jilbert Agius, 53, 90-p.

17.04.2002. Yoxlama oyunu. Ta-Qali. Malta – Azərbaycan -1:0

Maykl Mifsud, 56

14.08.2013. Yoxlama oyunu. Bakı. Azərbaycan – Malta - 3:0

Rüfət Dadaşov, 5, 71, Rauf Əliyev, 63

28.03.2015. Avro-2016-nın seçmə oyunu. Bakı. Azərbaycan – Malta - 2:0

Cavid Hüseynov, 4, Dmitri Nazarov, 90+2

06.09.2015. Avro-2016-nın seçmə oyunu. Ta-Qali. Malta – Azərbaycan - 2:2

Rahid Əmirquliyev, 36, 80, Maykl Mifsud, 56, Alfred Effiong, 71

10.09.2015. Millətlər Liqası. Ta-Qali. Malta – Azərbaycan - 2:2

Andre Agius, 3-p. – Təmkin Xəlilzadə, 26

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest